Qadin.NET / Pensiyaçıların nəzərinə!

Pensiyaçıların nəzərinə!

 

 

Dövlət Sosial Müdafiə Fondunun (DSMF) sədri Elman Mehdiyev Qax rayonunda məcburi dövlət sosial sığorta ödəyiciləri və pensiyaçılar üçün qəbul keçirəcək.
DSMF-nin İctimaiyyətlə əlaqələr sektorundan ANS PRESS-ə verilən məlumata görə, qəbul 2 iyun 2015-ci il tarixdə, saat 11:00-da DSMF-nin Qax rayon şöbəsinin inzibati binasında baş tutacaq. Fond sədri qəbulda Qax, Şəki, Oğuz, Zaqatala və Balakən rayonlarının sakinləri olan məcburi dövlət sosial sığorta ödəyiciləri və pensiyaçıları ilə görüşəcək. 
Qəbula yazılmaq və əlavə məlumat almaq istəyən vətəndaşlar DSMF-nin [email protected] elektron poçt ünvanı, həmçinin aşağıdakı telefon nömrələri ilə əlaqə saxlaya bilərlər: 
Fondun Aparatında (012) 434-12-34
Qax rayon şöbəsində (02425) 5-44-33 
Şəki şəhər şöbəsində (02424) 4-89-20 
Oğuz rayon şöbəsində (02421) 5-34-73 
Zaqatala rayon şöbəsində (02422) 5-68-88 
Balakən rayon şöbəsində (02429) 5-11-10 
Qəbulda iştirak edəcək vətəndaşların iyunun 2-də DSMF-nin müvafiq rayon şöbələrinin inzibati binasının qarşısından xüsusi ayrılmış nəqliyyatla qəbulun keçiriləcəyi ünvana aparılıb-gətirilmələri təmin olunacaq.

 

Mənbə: ANS PRESS

2 iyun 2015
GO BACK