Qadin.NET / I Avropa Oyunlarına gələcək daha bir prezidentin adı açıqlandı

I Avropa Oyunlarına gələcək daha bir prezidentin adı açıqlandı

 

 

"Azərbaycanda keçiriləcək I Avropa Oyunlarında Serbiyanı 132 idmançı təmsil edəcək. İdmançılar bu günlərdə bu mötəbər yarışlarda iştirak etmək üçün ciddi hazırlıq görürülər".
ANS PRESS-in məlumatına görə, bunu Azərbaycanda rəsmi səfərdə olan ATƏT-in fəaliyyətdə olan sədri, Serbiyanın xarici işlər naziri İvitsa Daçiç Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarovla birgə keçirdiyi mətbuat konfransında deyib. 
O bildirib ki, Azərbaycanda keçiriləcək oyunlarda Serbiyanı geniş nümayəndə heyəti təmsil edəcək: "Serbiya prezidenti Tomislav Nikoliç I Avropa Oyunlarının açılış mərasimində iştirak edəcək", - deyə xarici işlər naziri vurğulayıb.
Xatırladaq ki, iyunun 12-dən 28-dək Azərbaycanda I Avropa Oyunları keçiriləcək. Oyunlarda Avropanın 50 ölkəsindən 6 mindən çox idmançı iştirak edəcək. 
Açılış tədbirində Rusiya prezidenti Vladimir Putin, Türkiyənin dövlət başçısı Rəcəb Tayyib Ərdoğanın da iştirakı gözlənilir. 

 

Mənbə: ANS PRESS

1 iyun 2015
GO BACK