
İçəri Şəhərdə yerləşən "Natavan Galleri"də gənc rəssam, 12 yaşlı Ləman Əfəndiyevanın ilk fərdi sərgisi keçirilib.
ANS PRESS-in məlumatına görə, sərgidə müəllifin 70-dən çox rəsm əsəri nümayiş olunub. "Lyaman’s World" adı altında təşkil olunan tədbirdə müxtəlif mövzularda kətan üzərində yağlı boya və kağız üzərində sulu boya ilə işlənmiş əsərlər sərgilənib.
Qeyd edək ki, Ləman Əfəndiyeva hələ kiçik yaşlarından peşəkar rəsm sənəti ilə məşğuldur. O, 2012-ci ildə Təhsil, Gənclər və İdman Nazirliklərinin keçirdiyi "Bayrağımız qürur mənbəyimizdir" rəsm müsabiqəsinin diplomantı adına layiq görülüb. Bundan əlavə Ləman Əfəndiyevanın çəkdiyi rəsm əsərləri 2013-cü ildə Təhsil Nazirliyinin keçirdiyi "Sağlam yaşayaq, sağlam olaq" rəsm olimpiadasının, 2015-ci ildə Səhiyyə Nazirliyinin təşkil etdiyi "Sağlam, narkotikasız həyat seç" rəsm müsabiqələrinin fəxri fərmanları, sertifikatlarına layiq görülüb.
1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür.
Mənbə: ANS PRESS