Qadin.NET / Dünyanın 27 ölkəsindən 315 şirkət Bakıya toplaşır

Dünyanın 27 ölkəsindən 315 şirkət Bakıya toplaşır

 

 

Sabah Bakıda 22-ci Beynəlxalq “Xəzər Neft və Qaz 2015” sərgisi başlayacaq. Sərgi iyunun 5-də Bakı Ekspo Mərkəzində təşkil olunacaq. 
Xəzəryanı regionunun energetika sektorunun ən böyük tədbiri sayılan 22-ci Azərbaycan Beynəlxalq “Xəzər Neft və Qaz 2015” (“Caspian Oil and Gas 2015”) sərgisində dünyanın 27 ölkəsindən 315 şirkət iştirak edəcək. 
İyunun 3-4-də Bakıda keçiriləcək “Xəzər Neft və Qaz” konfransı isə 30 ölkələrdən 500 nəfərdən çox mütəxəssis və nümayəndəni bir araya gətirəcək.
Bu barədə iyunun 1-də keçirilən mətbuat konfransında "İTE Qrup" şirkətinin icraçı direktoru Edvard Stroon məlumat verilib. Bildirilib ki, sərgi və konfransın baş sponsoru Azərbaycan Respublikası Dövlət Neft Şirkətidir (SOCAR). Tədbirlərin baş media tərəfdaşı isə “Caspian Energy International Media Group” şirkətidir.
Həmçinin, mətbuat konfransında bildirilib ki, iyunun 2-5-də Bakı Ekspo Mərkəzində keçiriləcək Xəzər regionunun enerji sənayesinin nailiyyətləri üzrə yeganə ixtisaslaşmış tədbir olan 5-ci yubiley Xəzər Beynəlxalq Energetika və Alternativ Enerji (“Caspian Power 2015”) sərgisində isə 30-dan artıq şirkət iştirak edəcək.
Tədbirlərin təşkilatçıları qismində isə “Iteca Caspian LLC” və onun Böyük Britaniyalı tərəfdaşı “ITE Group Plc” şirkətləri çıxış edirlər.

 

Mənbə: ANS PRESS

2 iyun 2015
GO BACK