Qadin.NET / Külək nə vaxt dayanacaq?

Külək nə vaxt dayanacaq?

 

 

Küləyin sürəti bu gündən etibarən səngiyəcək.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən ANS PRESS-ə verilən məlumata görə, iyunun 2-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi əsəcək.
Bakıda və Abşeron yarımadasında havanın temperaturu gecə 18-21°, gündüz 28-33° isti olacaq.
Dəniz suyunun hərarəti Abşeron çimərliklərindən Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 18-19°, Zaqulba, Buzovna, Mərdəkan, Şüvəlanda 20-21°, Türkan, Hövsan, Şıx, Sahildə 21-22° olacaq.
İyunun 2-də Azərbaycanın rayonlarında da hava əsasən yağmursuz keçəcək, lakin axşam və gecə bəzi dağlıq və dağətəyi rayonlarda şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimal olunur. Şərq küləyi bəzi yerlərdə arabir güclənəcək.
Aran rayonlarda havanın temperaturu gecə 17-22°, gündüz 32-37°, dağlıq rayonlarda gecə 10-15°, gündüz 23-28° isti olacaq.

 

Mənbə: ANS PRESS

1 iyun 2015
GO BACK