Qadin.NET / ABŞ geri addım - növbə Britaniyanındırmı?

ABŞ geri addım - növbə Britaniyanındırmı?

 

 

ABŞ 60 il dünya asayişinin mühafizəçisi rolunda çıxış edəndən sonra geri addım atır.
ANS PRESS-in məlumatına görə, xarici mətbuatda bununla bağlı artıq daha sıx yazılır. "Ramadi ələ keçiriləndə Ağ Ev çiyinlərini çəkir; Putin Uklraynaya girəndə Vaşinqton çox cüzi pul və xammal təklif edir; Əsəd rejimi qazdan istifadə edəndə o, cəzasız qalır; Qəddafi bütün şəhəri məhv etməklə hədələyəndə isə ABŞ "pərdə arxasında liderlik"lə kifayətlənir", - deyə Peter Foster öz yazısında ABŞ-ın siyasətini tənqid edir.
Başqa sözlə desək, Barak Obama artıq faktlarla üz-üzədir - Çin inkişaf edir, Avropa batmır və Amerikanın müharibələrdən yorulmuş ictimaiyyəti artıq əmin deyil ki, əvvəlki dünya nizamını qorumaq üçün vəsait xərcləməyə dəyər. Yoxsa bu, Obamanın öz siyasətinin, yaxud da əksinə, siyasətinin olmamasının nəticəsidir ki, ABŞ-da xərclərin azalmasına səbəb olub.
"Eurasia Group"un prezidenti Bremmer yeni qlobal dəyişiklikləri təsvir edərkən bildirib ki, əgər "əvvəzolunmaz" Amerika artıq əvvəlki kimi qüdrətli deyilsə, boş ümidlər bəsləmək də lazım deyil. O etiraf edir ki, bu cür düşüncə Amerika və onun əsas tərəfdaşı olan Britaniyaya arxalananların ümidlərinə də kölgə salacaq. Məsələn keçən il minlərlə nümayişçi keçmiş Britaniya ərazisində küçələrə çıxaraq etiraz edən zaman Amerika və Britaniya sadəcə stuasiyadan narahatlıqlarını bildirməklə kifayətləndilər. 
Əgər Amerika öz qlobal təşəbbüslərindən imtina edirsə, növbə Britaiyanın deyilmi?

 

Mənbə: ANS PRESS

1 iyun 2015
GO BACK