Qadin.NET / Bakının üzü güldü

Bakının üzü güldü

 

Bakının üzü güldü

Mayın 31-də Heydər Əliyev Mərkəzində əməkdar artist, "Bakı-2015" birinci Avropa Oyunlarının ulduz səfiri Tünzalə Ağayeva "Xoş gəldin" adlı konsert proqramı ilə çıxış edib.Trend-in məlumatına görə, ifaçını "Hicaz" qrupu müşayiət edib. Əməkdar artist bu proqramla dünya idman tarixində yeni səhifə açacaq ilk Avropa Oyunlarının Azərbaycanda keçirilməsini alqışlayıb, mötəbər yarışın iştirakçılarını və izləyicilərini mahnıları ilə salamlayıb.T.Ağayeva birinci Avropa Oyunlarına həsr olunan konsertin təşkilində onu dəstəkləyən Heydər Əliyev Fonduna dərin minnətdarlığını bildirib və belə bir məkanda iki gün solo çıxış edəcəyindən qürur duyduğunu deyib.Müğənni konsertdə populyar mahnılarının yeni variantlarını, həmçinin dünyada məşhur olan kompozisiyaları səsləndirib.Konsertin maraqlı məqamlarından biri də T.Ağayeva ilə birlikdə məşhur türk gitaraçı Özgür Abbakın ifası olub.Sonda əməkdar artist "Bakı-2015" birinci Avropa Oyunlarına həsr olunan "Bakının üzü gülür" mahnısını səsləndirib. İfa tamaşaçı alqışları ilə qarşılanıb.

 

Mənbə: ANS PRESS

1 iyun 2015
GO BACK