Qadin.NET / Zakir Həsənov Qırğızıstana getdi

Zakir Həsənov Qırğızıstana getdi

 

Zakir Həsənov Qırğızıstana getdi

Bu gün Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənovun başçılıq etdiyi nümayəndə heyəti Qırğızıstana rəsmi səfərə gedib. Milli.Az APA-ya istinadən bildirir ki, Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, səfər Qırğızıstanın müdafiə naziri Abibilla Kudayberdiyevin dəvəti ilə olub.Səfər çərçivəsində Z. Həsənovun Qırğızıstanın Müdafiə Nazirliyində görüşləri, bir sıra hərbi hissələrə ziyarətləri nəzərdə tutulub.Müdafiə Nazirliyində aparılacaq danışıqlar zamanı ölkələrimiz arasında hərbi, hərbi-texniki və hərbi təhsil sahələrində əməkdaşlığın hazırkı vəziyyəti və perspektiv istiqamətlərinin nəzərdən keçirilməsi, müdafiə və təhlükəsizlik məsələləri barədə fikir mübadiləsinin aparılması planlaşdırılır.Səfər iyunun 2-dək davam edəcək.

 

Mənbə: ANS PRESS

1 iyun 2015
GO BACK