Qadin.NET / Bakıda binanın üzlüyü sökülərkən bədbəxt hadisə baş verdi

Bakıda binanın üzlüyü sökülərkən bədbəxt hadisə baş verdi

Bakıda binanın üzlüyü sökülərkən bədbəxt hadisə baş verdi
Bakı şəhərində binanın üzlüyü sökülərkən bədbəxt hadisə baş verib.APA-nın məlumatına görə, hadisə paytaxtın Binəqədi rayon ərazisində, Atatürk prospekti 56 ünvanında qeydə alınıb. Binanın üzlüyü sökülərkən həyətdən keçən Bakı şəhər sakini, 1994-cü il təvəllüdlü Kamil İlyas oğlu Nəhmədovun başına dəmir parçası düşüb. Nəticədə o, ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.Faktla bağlı araşdırma aparılır. 

Mənbə: ANS PRESS

 

1 iyun 2015
GO BACK