Qadin.NET / Qonaq gələnlərə biz Müstəqil Azərbaycanı göstərməliyik

Qonaq gələnlərə biz Müstəqil Azərbaycanı göstərməliyik

 

Qonaq gələnlərə biz Müstəqil Azərbaycanı göstərməliyik

Rusiyanın paytaxtı Moskvadan müstəqil Azərbaycanın paytaxtı Bakıya qayıdarkən təyyarəyə mindim və müstəqil dövlətimizin iyirmi beş ilinin mədəni nailiyyətlərindən ləzzət almaq istədim. Nəzakətli stüardessa xanım mənə planşet verdi. 
Bu planşetə girib Azərbaycan Hava Yollarının təklif etdiyi menyuya baxdım. Filmlərimiz bölməsində müstəqillik dövrümüzün bir filmi belə yox idi… Musiqi videoları bölümündə müstəqillik dövrümüzün bir müsiqili videosu belə yox idi. “TV Şou”lar bölümünə baxdım. Müstəqillik dövrünə aid bir teleşoumuz belə yox idi… Və nəhayət uşaqlar üçün bölümünə daxil oldum. Burda da “Tom və Cerri”dən tutmuş daha haranın itinə-qurduna qədər var idi. Bizim doğma, müstəqil bir məhsulumuz yox idi. Mən bir azərbaycanlıyam, təbii ki, bilirəm nə var, nə yox. Amma Azərbaycana qonaq gələnlərə biz Müstəqil Azərbaycanı göstərməliyik axı. Mən əcnəbi olsam şəxsən bu menyu və planşet vasitəsilə hara getdyimi anlamaram. 
Azərbaycan 25 ildir müstəqildir. Təyyarəmiz isə, eee laaap sovetin ucqar bir cənub şəhərində ilişib qalıb… Dövlətimiz müstəqildir, amma biz özümüz deyəsən axı hələ müstəqil deyilik… 
Heydər Əliyev Hava Limanına enirik. Müasir Azərbaycanın qurucusunun bu məşhur kəlamını xatırlayıram.
“Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən Azərbaycanlıyam”.
Bəs biz? Biz niyə fəxr etmirik. Və ya fəxr ediriksə bu nə planşet və nə menyudur belə. Belə hara qədər uçacağıq və belə uçmaqdan niyə qorxmuruq?! Axı stüardessaların xəbərdarlığı ancaq simvolik olur… Başlıcası biz özümüzük…

 

Mənbə: ANS PRESS

1 iyun 2015
GO BACK