Qadin.NET / Leyla və Emin: "Biz dost qalırıq"

Leyla və Emin: "Biz dost qalırıq"

Leyla və Emin: "Biz dost qalırıq"
Prezident İlham Əliyevin böyük qızı, ictimai xadim Leyla Əliyeva və həyat yoldaşı Emin Ağalarov birlikdə boşanma qərarını veriblər.ANS PRESS-in məlumatına görə, bu barədə ilk olaraq xanım Əliyeva sosial şəbəkədə bəyan edib.
Leyla Əliyeva Emin Ağalarovla nikahını pozmaq qərarına gəldiyini bildirib: “Azərbaycanda bir çoxları üçün sirr deyil ki, Eminlə nikahımız son illər formal xarakter daşıyır. Biz artıq çoxdan ayrı və müxtəlif şəhərlərdə yaşayırıq. Boşanmağımızı rəsmiləşdirməyin vaxtı çatıb və mən nikahımızı pozmaq qərarına gəldim. Biz dost olaraq qalırıq”.Leyla xanımın açıqlamasından sonra Emin bəy də məsələyə aydınlıq gətirib. O da ayrı şəhərlərdə yaşadıqlarını əsas gətirərək boşanma qərarını birlikdə verdiklərini yazıb: "Mənim səyahətlərim çox olur, biz ayrı şəhərlərdə yaşayırıq, oğullarım Bakıda, anası ilə birlikdə yaşayır. Çoxları üçün sirr deyil ki, son illər bizim Leyla isə nikahımız formal xarakter daşıyırdı. Biz çoxdan müxtəlif şəhərlərdə, ayrı yaşayırdıq. Boşanmamızı rəsmiləşdirməyin vaxtı gəlib çatdı və biz bunu etdik. Biz dost olaraq qalırıq və uşaqlarımızı birlikdə tərbiyə etməkdə davam edəcəyik".Leyla Əliyeva və Emin Ağalarov 30 aprel 2006-cı ildə ailə qurublar. Onların nikahı böyük sevgi və hörmət üzərində qurulmuşdu.1 dekabr 2008-ci ildə cütlüyün Əli və Mikayıl adlı əkiz övladları dünyaya gəlib.Leyla Əliyeva 2006-2008-ci illərdə Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunda politologiya fakültəsinin dünya siyasəti ixtisası üzrə magistr pilləsini bitirib. Evliliyin ilk illərinə təsadüf edən tələbəlik illərini əks etdirən videoçarxda cütlüyün birlikdə keçirdiyi xoşbəxt anlar yer alıb. 

Mənbə: ANS PRESS

Leyla və Emin: "Biz dost qalırıq"

Leyla və Emin: "Biz dost qalırıq"

Leyla və Emin: "Biz dost qalırıq"

Leyla və Emin: "Biz dost qalırıq"

Leyla və Emin: "Biz dost qalırıq"

Leyla və Emin: "Biz dost qalırıq"

Leyla və Emin: "Biz dost qalırıq"

Leyla və Emin: "Biz dost qalırıq"

Leyla və Emin: "Biz dost qalırıq"

Leyla və Emin: "Biz dost qalırıq"

Leyla və Emin: "Biz dost qalırıq"

Leyla və Emin: "Biz dost qalırıq"

Leyla və Emin: "Biz dost qalırıq"

31 may 2015
GO BACK