Qadin.NET / Ən Məyus Edici Xəbər...

Ən Məyus Edici Xəbər...

Ən Məyus Edici Xəbər...
Tanınmışların həyatından gələn bu xəbəri ANS PRESS jurnalistləri dərhal son illərin Ən Məyus Edici Xəbəri adlandırdılar. Sevgi-məhəbbət macəraları ilə qaynayan Moskva və Bakı bomondunun sabitlik və ləyaqət adası sayılan və möhkəm ailə dəyərlərini qoruyan cütlük boşanmaları haqqda rəsmən bəyan etdilər. Leyla Əliyeva və Emin Ağalarovun bu addımı haqqda məlumat bütün sosial şəbəkələrdə bu gün yer tapıb.
Hər şey Leyla xanımın şəxsi “leyla999” İstaqram bölməsində yerləşdirdiyi ismarıcdan başladı:
“Azərbaycanda bir çoxları üçün sirr deyil ki, Eminlə nikahımız son illər formal xarakter daşıyır. Biz artıq çoxdan ayrı və müxtəlif şəhərlərdə yaşayırıq. Boşanmağımızı rəsmiləşdirməyin vaxtı çatıb və mən nikahımızı pozmaq qərarına gəldim. Biz dost olaraq qalırıq”. 
Bizim redaksiyamıza bu xəbər birincilərdən gəldi – yalnız heç kim inanmadı! İnanmaq istəmədi! Qızlar dərhal ağlamağa, kişilər isə əlavə mənbələr axtarışına düşdü. Hamı Allaha yalvarırdı ki, bu xəbər həyatda öz əksini tapmasın və bu ya bir zarafat və ya təxribat olsun. ANS PRESS redaksiyasının kandarında bir sual hamını narahat edirdi - Axı niyə? Buna cavab tapmağı bəndənizə tapşırdılar və mən əlimdən gələni etdim.
Leyla Əliyeva – Azərbaycan Respublikası Prezidentinin böyük qızı 3 iyul 1985-ci ildə Moskva şəhərində anadan olub, amma bütün şüurlu həyatını Bakıda yaşayıb. 2000-ci illərin birinci yarısında onlar Alp dağlarının gözəl kurortlarından birində xizək sürərkən tanış olmuşdular. Elə birinci görüşdən gənclər biri birinə vurulur və evlənmək qərarına gəlillər. Lakin bu qərarı həyata keçirmək çox da asan olmur. Sözsüz ki, Eminin ailəsində belə bir xəbər dərhal razılıqla və gizlədilməyən fəxrlə qarşılanır. Amma Azərbaycan Prezidentinin ailəsində bu nikah ehtimalı çox böyük şübhə və etirazla qarşılanır. Yadımdadı o zaman cəmiyyətə çıxan bu şayələr azərbaycanlılar tərəfindən birmənalı qarşılanmırdı… 
Azərbaycanlılar Heydər Əliyevin nəvəsi, gözəl, incə və xanım-xatın Leylanın, “bizim əziz balamızın” varlı bir tacir oğlu, həm də müğənni ilə evlənmək fikiri ilə barışmırdılar, cəmiyyətin çoxluq təşkil edən puritan hissəsi ümumiyyətlə rusiyalı artistlə evlənməyi bizim adət ənənələrə təhlükəli hesab edirdi. Lakin eyni zamanda hamı ona xoşbəxtlik istəyirdi. Bütün bunlara baxmayaraq, irsi prinsipiallıq genlərini daşıyan Leyla öz fikirindən dönmədi və Eminlə evlənmək qərarını birmənalı səsləndirdi – “Ya Emin, ya…” Çıxış yolu yox idi və Leylanın valideynləri onunla razılaşmalı oldu və 30 aprel 2006-cı ildə Bakıda, Gülüstan Sarayında gənclərin toyu oldu! Toydan sonra Eminin təklifi ilə cütlük Moskva şəhərinə yaşamağa köçdülər.
Mən də bir çoxları kimi düşünürəm ki, bəlkə onlar Bakıda qalıb yaşasaydılar bugünki xəbəri eşıtməzdik. Amma Eminin bütün biznesi və artistlik fəaliyyəti birbaşa Moskva ilə bağlı idi. Birdəki, adət-ənənəyə görə qız gərək oğlan evinə köçsün. Hər şey yaxşı idi və ətrafdan baxanlar iki gözəl gəncin xöşbəxtliyini görüb sevinirdilər. Emin bizneslə məşqul olur və yeni albom üzərində işləyir, atasının qızı Leyla isə dərhal içtimai fəaliyyət və Azərbaycanı Rusiyada təbliğ etməyə başlayır – 2006-ci ildə Rusiyada Heydər Əliyevin Fonduna başçılıq edir, 2007-də “Bakı” jurnalını təsis edir və onun Baş Redaktoru olur. 
1 dekabr 2008-ci ildə isə Leyla Əliyeva ABŞ-da özünün şah əsərini – iki gözəl balasını, Əli və Mikayılı həyata gətirir. Bu hadisə ailəni daha da möhkəmləndirir. Həyat davam edir. Leyla uşaqları ilə məşğul və bacardıqları qədər diqqətini onlara həsr edir. Emin isə müğənni kimi fəaliyyəti ilə daha da dərindən məşğul olmağa başlayır. Həmin ildə "Obsession" və gələn 2009-cu ildə çıxacaq "Devotion" albomları üzərində gecə-gündüz işləyir. Məhz bu ərəfədə Eminin Gündüz işləməyi bəhrə, Gecə işləməyi isə problemlər yaratmağa başladı. 
Sözsüz ki, artist həyatı birmənalı deyil və Azərbaycan ənənələri və tərbiyəsi ilə böyüyən qız uşağına bu yaşam tərzi yumuşaq desək, ənənəvi deyil. Bəlkə də digər qadın belə bir varlı və tanınmış müğənni əri ilə münasibətləri itirməmək üçün nələrə isə göz yumardı, nəyi isə qulaq ardına vurardı, özünü bilməməzliyə vurardı, amma qısqanc və xanım Leyla Əliyeva yox. O, bu həyat tərzi ilə əvvəl əvvəl ayaqlaşmağa çalışsa da, həyata uşaq gətirib ana olandan sonra, artıq ailə ocağının sahibi olandan sonra bunu edə bilmədi. Qonaqlıqlar, klub və konsertlər həyatı, bomond və s. ana anlayışı ilə düz gəlmirdi. Əli və Mikayıl çox balaca və zəif idilər və onlara Ana lazım idi, yedizdirən və qoruyan Ana. Leyla nə gücünü, nə vaxtını balalarına əsirgəmir, bütün çətinliklərə dözür, amma ona da Ər lazım idi, dəstək verən və anlayan Ər. Lakin Eminin konsert və səsyazma dövrü inkişafda idi, yeni biznes və müğənni layihələri onun bütün vaxtının alırdı. Yeni video kliplər, dünya gözəllərinin əhatəsində konsert proqramları, uzun sürən qastrollar vəziyyəti daha da gərginləşdirirdi.
Leyla xanım Londona köçür və münasibətlərdə soyuq dövr başlayır. Uzun çəkir bu dövr. Məhs bu dövrdə Leyla gözəl şeirlər yazmağa başlayır və bu incə sənəti ilə bütün dünyaya öz ağrılarını çatdırır. 2012-ci ilin sonunda “Ya ne xochu tebya brosat” (https://www.youtube.com/watch?v=h6n6309t43U) şeiri ilə Leyla xanum hələdə artıq qırılmaqda olan münasibətləri bərpa etmək istəyir və onun ailəni qoruyub saxlamaq uğrunda mübarizəsi 2 il çəkir və uğurla başa çatmır. 2014-cü ildə “Ya uydu” şeirində (https://www.youtube.com/watch?v=eLiipZgYU-g) mübarizədən yorulmuş Leyla artıq münasibətlərə son qoymağa qərar verir. O, gedir və qətiyyətlə evləndiyi kimi, bu addımını da ona məxsus qətiyyətlə edir:
“…РЇ СѓР№РґСѓ, ты это знай,
Зря не надо верить в чудо,
РќРёРєРѕРјСѓ Рё РЅРёРєРѕРіРґР°
РЇ принадлежать РЅРµ Р±СѓРґСѓ…
…Говорят, Сѓ всех людей
Есть вторая половина.
Не желаю знать о ней,
Одиночество РјРЅРµ мило…”
Konflikt getdikcə gərginləşirdi. Artıq valideynlər də bir - biri ilə münüasibətlərdə incə desək, soyumuşdular. Bunun kulminasiyası olaraq keçən il 12 dekabrda Azərbaycan xalqı Heydər Əliyevin anım gününü qeyd edəndə, Emin ailəsinə məxsus "Crocus City" restoranında özünə möhtəşəm ad günü gecəsi keçirtdi (http://super.ru/news/112713). 
Və 30 may 2015-ci il, özünün İstigram bölümündə Leyla xanum rəsmi boşanma haqqında öz imarıcını yerləşdirir. Eyni zamanda Emin də eyni mətnli ismarıcını digər sosial şəbəkədə yerləşdirir… Mətn demək olar ki eynidi, bir fərqi nəzərə almaasaq. Emin – “uşaqlarımızı birlikdə böyüdəcəyik və dost qalacağıq” deyir, amma Leyla – yalnız “dost qalacağıq" deyir… 
İndi məsələ rəsmiləşdi və növbədə ailə mülkiyyətinin bölünməsi və ən əsası uşaqların taleyi durur. İndi uşaqlar anası ilə Bakıdadır və məlumatlara görə elə Bakıda da böyüyəcəklər – Leyla kimi, Emin kimi. Azərbaycan torpağı onları igid və vətənpərvər böyüdəcək in şa Allah!

Mənbə: ANS PRESS

31 may 2015
GO BACK