Qadin.NET / 4000 miqrant xilas olundu

4000 miqrant xilas olundu

4000 miqrant xilas olundu
Aralıq dənizində bir gündə keçirilmiş 22 xilasetmə əməliyyatı zamanı dörd mindən çox afrikalı miqrant xilas olunub.APA-nın "Gazeta.ru"ya istinadən verdiyi xəbərə görə, bu barədə "Assoşieyted Press" məlumat yayıb.Ümumilikdə balıqçı qayıqlarından 4243 nəfər xilas olunaraq İtaliyanın liman şəhərlərinə gətirilib. Xilasetmə əməliyyatları italiyalı hərbçilərin dəstəyi ilə Almaniyanın və İtaliyanın yük gəmiləri tərəfindən həyata keçirilib.  Bir müddət əvvəl gəminin qəzaya uğraması nəticəsində 800 miqrant ölmüşdü. Bundan sonra Avropanın müvafiq qurumları dənizdə xilasetmə əməliyyatlarını aktivləşdirməyi qərara alıb.Bir həftə əvvəl bir gündə 900 miqrant xilas olunmuşdu.   

Mənbə: Milli.Az

 

31 may 2015
GO BACK