Qadin.NET / 45 yaşdan sonra ata olmaq istəyənlərin nəzərinə

45 yaşdan sonra ata olmaq istəyənlərin nəzərinə

45 yaşdan sonra ata olmaq istəyənlərin nəzərinə
Doğulacaq körpənin sağlamlıq durumuna yalnız ananın deyil, həm də atanın yaşı təsir göstərir.Trend xarici mətbuata istinadən məlumat verir ki, yaş artıqca bir çox ağır işlərin, alkoqol və tütündən istifadənin nəticəsi olaraq, kişilərin sperması əhəmiyyətli genetik dəyişikliklərə məruz qalır.Yaşı 45-dən çox olan ataların onurğa beyninin və ürək-damar sisteminin anadangəlmə qüsurları olan uşaq sahibi olmaq ehtimalı yüksək olur. Bu, həmin uşaqlar arasında uşaq ölümü riskini də artırır.Buna görə də qadınlar kimi, yaşlı kişilərin də uşaq doğulmamışdan əvvəl genetik baxımdan müayinədən keçməsi tövsiyə edilir.Daha erkən yaşda övlad sahibi olan atalar "sakit ata" olurlar, onların uşaqları da özünü təhlükəsiz hiss etməyə imkan verən, emosional baxımdan sabit olan mühitdə böyüyürlər.

Mənbə: Milli.Az

 

31 may 2015
GO BACK