Qadin.NET / İsti qurbanlarının sayı 2000-i ötdü

İsti qurbanlarının sayı 2000-i ötdü

 

 

Hindistanda son həftə ərzində anomal istilər nəticəsində ölənlərin sayı 2000-i ötüb. 
Havanın hərarətinin yüksək olması səbəbindən Andxra-Pradeş və Telanqana ştatlarında son sutka ərzində daha 400 nəfər ölüb. Bütün ölkə üzrə 2005 nəfər anomal istinin qurbanı olub. 
Andxra Pradeş ştatının rəhbərliyi səyyar yardım məntəqələrinin yaradıldığını elan edib. Bu məntəqələrdə sakinlər içməli su və süd ilə təmin olunurlar. 
Sinoptiklərin proqnozlarına görə, isti hava şəraiti həftənin sonunadək davam edəcək.

 

Mənbə: ANS PRESS

30 may 2015
GO BACK