Qadin.NET / Erməniləri qorxudacaq təlim başlayır

Erməniləri qorxudacaq təlim başlayır

 

 

Türkiyə, Azərbaycan və Gürcüstan ordusu "Qafqaz Qartalı" adlı birgə təlimlərə start verir. ANS PRESS-in məlumatına görə, bu xəbəri Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahı yayıb. Təlimin 31 mayda start götürəcəyi və iyunun 10-dək davam edəcəyi bildirilir. 
Türkiyədə keçiriləcək təlimlərin məqsədi üç ölkənin xüsusi təyinatlı qüvvələri arasında koordinasiyanı təmin etmək, qarşılıqlı təcrübə mübadiləsini həyata keçirmək, birgə əməliyyatların aparılması bacarıqlarını yüksəltməkdir.
Təlimdə Türkiyənin 1 xüsusi təyinatlı tağımı, iki çoxməqsədli helikopteri və bir nəqliyyat təyyarəsi, Azərbaycan və Gürcüstandan isə hərəsindən 1 xüsusi təyinatlı bölmə iştirak edəcək.

 

Mənbə: ANS PRESS

30 may 2015
GO BACK