Qadin.NET / Yanan binanın sakinlərinə sənədlər verildi

Yanan binanın sakinlərinə sənədlər verildi

 

 

Maylın 19-da Binəqədi rayonunda yanan binanın sakinlərinin bir hissəsi artıq öz sənədlərinə sahib olub.
ANS PRESS-in məlumatına görə, bu barədə ASAN xidmətin informasiya təminatı şöbəsinin rəhbəri Anar Hüseynov açıqlama verib və qeyd edib ki, bu proses davam etdirilir.
Mərkəzin rəsmisi əlavə edib ki, may ayının 22-dən bu günə kimi ümumilikdə 248 vətəndaş müraciəti qeydə alınıb: "Həmin xidmət bütün bina sakinlərinin sənədləri qaydasına gətirilənə kimi davam edəcək. Səyyar formada xidmətlərin göstərilməsi ilə bağlı iş qrafiki Asan Xidmət mərkəzlərinin iş qrafikinə uyğun tənzimlənir", - deyə A.Hüseynov söyləyib.
Xatırladaq ki, 19 may tarixində Binəqədi rayonunda 16 mərtəbəli binada dəhşətli yanğın baş vermişdi. Yanğında 15 nəfər dünyasını dəyişmiş və onlarla insan yaralanmışdı. 

 

Mənbə: ANS PRESS

30 may 2015
GO BACK