Dünyanın ən qorxulu məkanlarından biri London qülləsidir. Britaniya əhalisi bu qəsrdə ruhların yaşadığı barədə müxtəlif rəvayətlər danışır.ANS PRESS-in məlumatına görə, bu qüllədə Böyük Britaniya krallığının dövlət həbsxanası olub. Burada yüzlərlə insan edam edilib. Deyilənə görə, onların ruhları indi də qüllənin pilləkənlərində gəzişir. Bu ruhlardan ikisi - Anne Boleyn və Leydi Ceyn Qreyin ruhları daha məşhurdur. Bundan əlavə, şayiələrə görə 1816-cı ildə ayı tərəfindən öldürülən gözətçinin də ruhu London Qülləsində dolaşır.
Hər il minlərlə turist bu qülləni ziyarətə gəlir. Ancaq onlardan çox azı qüllənin içərisinə daxil olmağa cəsarət edir.
Mənbə: ANS PRESS