Qadin.NET / Mayın son günü 36 dərəcə isti olacaq

Mayın son günü 36 dərəcə isti olacaq

 

 

May ayının son günü ölkə ərazisində buludlu, lakin yağmursuz hava olacaq. 
Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, mayın 31-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər və axşam bəzi yerlərdə duman olacaq, şimal küləyi əsəcək.
Havanın temperaturu gecə 18-21, gündüz 28-33 dərəcə isti olacaq.
Sabah Azərbaycanın rayonlarında hava şəraitinin gündüz əsasən yağmursuz keçəcəyi, lakin axşam və gecə bəzi dağlıq və dağətəyi rayonlarda şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 17-22, gündüz 31-36, dağlarda gecə 10-15, gündüz 20-25 dərəcə isti olacaq.

 

Mənbə: ANS PRESS

30 may 2015
GO BACK