Bu gün İsveçrənin Sürix şəhərində FİFA-nın növbəti prezidenti seçkisi keçirilib.
ANS PRESS-in məlumatına görə, seçki ali futbol qurumunun 65-ci Konqresi çərçivəsində baş tutub.
Bu vəzifəyə namizədlər qurumun hazırkı rəhbəri, 79 yaşlı Yozef Blatter və 39 yaşlı İordaniya şahzadəsi Əli ibn Əl-Hüseyndir.
Prezident seçkilərində Azərbaycan da daxil omlaqla FİFA-ya üzv olan 209 ölkə əlifba sırası ilə səs verib.
İlk turda qurumun hazırkı prezidenti Yozef Blatter 133 səs toplayıb. İkinci namizəd Əli ibn Əl-Hüseyn 73 səs yığıb. Üç büllleten isə etibarsız sayılıb.Yeni prezidenti müəyyənləşdirmək üçün ikinci tur keçirilib.
"QORDON" nəşrinin müxbiri bildirib ki, səsvermənin ikinci turunun nəticəsinə görə Blatter rəqibi Əli ibn Əl-Hüseyndən daha çox səs yığaraq yenidən FİFA prezidenti seçilib.
Blatter 1998 çi ildən FİFA-ya başçılıq edir.
Mənbə: ANS PRESS