Yaponiya Meteorologiya Xidmətinin yaydığı məlumata görə, adanın mərkəzində yerləşən Şindake dağında vulkan püskürməsi yerli vaxtla saat 10 radələrində baş verib. Təhlükə səviyyəsinin ən yüksək həddə - 5-ə çatdığını bildirilib.Yerli hakimiyyət orqanları bütün əhalinin təxliyə olunması və adanı tərk etməsi barədə göstəriş verib.Kuçinoerabu adası Kaqoşima şəhərindən 130 kilometr cənub-qərbdə yerləşir və burada təxminən 110 nəfər yaşayır.
Mənbə: Milli.Az