Qadin.NET / Həmsədr ANS-ə Dağlıq Qarabağdan danışdı

Həmsədr ANS-ə Dağlıq Qarabağdan danışdı

Həmsədr ANS-ə Dağlıq Qarabağdan danışdı
"Prezident İlham Əliyev Dağlıq Qarabağ münaqişəsinin həlli uğrunda işləyir". 
Bunu ATƏT-in Minsk Qrupunun ABŞ-dan olan həmsədri Ceyms Uorlik ANS-in Vaşinqton bürosuna açıqlamasında söyləyib. 
O bildirib ki, həmsədrlər məsələnin sülh yolu ilə həlli üçün çalışır: "Mən ABŞ adından ümid edirəm ki, Azərbaycan və Ermənistan prezidentləri münaqişənin yekun həlli üçün öz sözlərinə əməl edəcəklər və son dialoqu intensivləşdirəcəklər. ATƏT-in Minsk qrupunun həmsədrləri mütəmadi olaraq Xarici işlər nazirləri ilə görüşür".
Ceyms Uorlik bildirib ki, ATƏT-in Minsk Qrupunun həmsədrləri bu yaxınlarda regiona gəlməyi planlaşdırır: "Biz regiona səfərimiz zamanı prezidentlərlə görüş imkanı əldə edəcəyik. Qərarın qəbulu üçün proqressdən danışcağıq", - deyə C.Uorlik vurğulayıb.

Mənbə: ANS PRESS

29 may 2015
GO BACK