Qadin.NET / Azərbaycanda bu bazarda qıtlıq yaranıb

Azərbaycanda bu bazarda qıtlıq yaranıb

 

 

Tikinti bazarında alıcılıq qabiliyyəti aşağı düşüb.
ANS TV-nin məlumatına görə, satıcılar bunu malların qiymətində olan artımla əlaqələndirdilər. Bu hal bir aya yaxındır davam edir.
Satıcı Vüsal Həşimov düşünür ki, qiymətlər firmalarla əlaqədardır. Dolların dəyişməsinə görə, tikinti materiallarının qiyməti də 25-30% bahalaşıb.
Amma qiymətində azalma olan materiallar da var. Əgər armaturun tonu əvvəl 670 manat olubsa, indi 640 manat, sementin qiyməti əvvəl 6 manat 50 qəpik olubsa, indi 5 manat 50 qəpiyə satılır.
Yay mövsümündə təmir-tikinti işlərinin sürətlənəcəyini gözləyən satıcılar alış-verişin də canlanacağına ümid edir.

 

Mənbə: ANS PRESS

29 may 2015
GO BACK