Qadin.NET / Azərbaycanda yeni binalar belə tikiləcək

Azərbaycanda yeni binalar belə tikiləcək

 

 

Əlillərin ictimai mühitdən təcrid olunmaması məqsədilə bir sıra işlər görülür.
ANS TV-nin məlumatına görə, yeni gətirilən avtobus və taksilərdə bu xarakteristika nəzərə alınıb. Amma tədbirlər bununla bitmir. Müvafiq qurumun tapşırığına əsasən yeni tikilən binalarda əlillərin tikiliyə daxil olması üçün şərait yaradılacaq.
Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Natiq Mməmmədov deyir ki, Tikinti Arxetiktura Komitəsi tərəfindən təqdim olunan layihədə, bütün binalarda və obyektlərdə əlillərin sərbəst hərəkəti üçün şərait yaradılacaq. Əgər bu şərtlər layihədə öz əksini tapmasa, onda ekspertizadan keçməyəcək.

Mənbə: ANS PRESS

29 may 2015
GO BACK