Ombudsman aparatının Milli Preventiv Qrupunun üzvləri Sabunçu və Suraxanı Rayon Polis İdarəsinin müvəqqəti saxlama yerlərinə əvvəlcədən xəbərdarlıq etmədən planlı başçəkmələr həyata keçiriliblər.ANS PRESS-in Ombudsman aparatının internet saytına istinadən verdiyi məlumata görə, başçəkmələrdə məqsəd saxlanılma şəraitinin və rəftarın araşdırılması, saxlanılan şəxslərin hüquqlarının təmin olunması, o cümlədən müvəqqəti saxlama yerlərinin daxili intizam qaydalarına müvafiq şəkildə sənədləşmənin aparılması vəziyyətinin öyrənilməsi olub.
Başçəkmələr zamanı qrup üzvləri tərəfindən həmin müəssisələrdə saxlanılan şəxslər fərdi qaydada qəbul edilib, onlarla konfidensial şəraitdə söhbətlər aparılıb.
Mənbə: ANS PRESS