Britaniyanın ən yaşlı əkiz bacıları dünyasını dəyişib.
ANS PRESS-in məlumatına görə, Britaniyada yaşayan 103 yaşlı ən yaşlı əkiz bacılar Florensa Devis və Qlenis Tomas vəfat edib. Ayrılmaz bacıların ölümü arasında heç bir ay belə fərq olmayıb.
İki bacı bir-birinə qonşu evlərdə yaşayırdılar və daim birgə vaxt keçirirdilər. Britaniyalılar heç vaxt Cənubi Uelsdəki doğma Abertridur kəndindən kənara çıxmayıblar. İki bacı 1911-ci ildə dünyaya göz açıblar.
Abertridura sakinləri bir-birini çox istəyirdilər. Hətta onların öz evlərinin mətbəxlərindən küçəyə əlavə qapı var idi. Bununla yaşlı bacılar daha asan bir-birinə qonaq gedirdilər.
Bacıların mehriban həyatı onların qonşularını da heyrətə gətirmişdi. Kənddə yaşayan sakinlər bacıların çox mehriban və ünsiyyətcil olduqlarını söyləyirdi.
Mənbə: ANS PRESS