Beynəlxalq Futbol Federasiyasının (FİFA) prezidenti Yozef Blatter qurumda korrupsiya ilə bağlı aparılan təhqiqatı dəstəklədiyini bildirib.
ANS PRESS-in məlumatına görə, bu barədə FİFA prezidenti bəyanat yayıb.
Bəyanatla deyilir ki, təşkilatın rəhbərliyi ABŞ və İsveçrə hakimiyyət dairələri tərəfindən aparılan istintaqı alqışlayır: “Hesab edirik ki, bu, FİFA-nın futbolda korrupsiyanın qarşısının alınması üçün indiyədək həyata keçirdiyi tədbirləri gücləndirəcək.”
Xatırladaq ki, mayın 27-də Sürixdə FİFA-nın bir sıra yüksək vəzifəli şəxsləri həbs edilib. Onlar ümumilikdə 10 milyard dollardan çox rüşvət almaqda şübhəli bilinirlər. Korrupsiya cinayətləri üzrə işdə 14 futbol funksionerinin, o cümlədən FİFA-nın iki vitse-prezidentinin adı da var.
Mənbə: ANS PRESS