Qadin.NET / Serbiya Azərbaycanı seçdi

Serbiya Azərbaycanı seçdi

 

 

Serbiya Rusiyadan enerji asıllığını azaltmaq niyyətindədir.
ANS PRESS-in məlumatına görə, bu barədə Serbiyanın baş naziri Aleksandr Vuçiç söyləyib. 
O bildirib ki, Serbiya Azərbaycanın iri qaz kəməri layihəsini dəstəkləyir. A.Vuçiç ABŞ hakimiyyətinin ölkəyə qaz nəqlinin diversifikasiyası haqqında çağırışlarını dəstəklədiyini söyləyib: "Biz Serbiyaya qaz nəqlini diversifikasiya etməyə hazırıq. Bu, bizim tərəfdaşımız olan ABŞ üçün son dərəcə əhəmiyyətlidir", - deyə baş nazir vurğulayıb. 
Xatırladaq ki, ABŞ Balkan ölkələrini "Türk axınından" Azərbaycan qaz kəməri layihəsinin xeyrinə imtina etməyə çağırıb. Bundan öncə isə bildirilirdi ki, Makedoniya "Türk axını" layihəsinin taleyini həll edə bilər.

 

Mənbə: ANS PRESS

28 may 2015
GO BACK