Qadin.NET / Ərdoğandan gözlənilməz addım

Ərdoğandan gözlənilməz addım

 

 

Türkiyə "The New York Times" qəzetinin keçmiş əməkdaşı Stephen Kinzerin fəxri vətəndaşlığını ləğv edib. ANS PRESS-in məlumatına görə, bu barədə S.Kinzer özü xəbər yayıb.
O deyib ki, bu barədə prezident prezident sarayından faks alıb. "Son məqaləmə görə Türkiyə hökuməti və dövləti məni "düşmən" adlandırıb". 
S.Kinzer "Boston Globe"də yazıb ki, Türkiyənin Qaziantep vilayətinə gedib, şəhər meri onu fəxri vətəndaş elan etməliymiş. Bu ada illər öncə Roman mozaikalarının daşqınlardan xilas olunması ilə nəticələnmiş yazısına görə layiq görülüb: "Ancaq elə çatar-çatmaz, ev sahibləri bərk pərt halda mənə dedilər ki, mərasim də, fəxri vətəndaşlıq da təxirə salınıb. Bu, prezident Rəcəb Tayyip Ərdoğanın şəxsi göstərişi ilə edilib".
Amerikalı jurnalistin "düşmən" elan edilməsinin səbəbi bu il yanvarın 4-də "Boston Globe"da dərc olunmuş köşə yazısında Ərdoğanla bağlı tənqidi fikrin olmasıdır. Həmin yazıda Ərdoğanın Avropa İttifaqını pislədiyi, qısa ətəklərə və abortlara qarşı çıxdığı qeyd olunur.
R.T.Ərdoğan isə iyunun 7-də keçiriləcək parlament seçkiləri yaxınlaşdıqca Türkiyə mətbuatında tənqidi fikirlərə qarşı mövqeyini sərtləşdirib. O, bu yaxınlarda "The New York Times" qəzetini sərt tənqid edib. 

 

Mənbə: ANS PRESS

28 may 2015
GO BACK