Qadin.NET / ABŞ-ın "əsas fiquru" istefaya gedir

ABŞ-ın "əsas fiquru" istefaya gedir

 

 

ABŞ dövlət katibinin köməkçisi Vendy Şerman İranla "Altılıq" ölkələri arasında nüvə danışıqları başa çatan kimi vəzifəsindən istefa verəcək.ANS PRESS-in məlumatına görə, bunu Dövlət Departamentinin nümayəndələri bildiriblər.Bildirilib ki, İranla iyunun 30-dək saziş imzalanmalıdır. Barak Obama administrasiyasının nüvə danışıqlarında əsas təmsilçisi bu tarixdən, yəni yay ayında vəzifədən gedəcək. 
Ümumiyyətlə, V.Şerman ABŞ dövlət katibinin komandasının “əsas” üzvü sayılır. O, son iki ildə Avropada İran rəsmiləri ilə əsas texniki müzakirələri aparıb. Onun vəzifədə olduğu müddətdə Vaşinqton ilə Tehran 2013-cü ilin noyabrında aralıq sazişi, apreldə çərçivə sazişi imzalayıb.
Xatırladaq ki, ABŞ dövlət katibi Con Kerri mayın 30-da İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif ilə görüşəcək. 

 

Mənbə: ANS PRESS

28 may 2015
GO BACK