Qadin.NET / Səudiyyə Yəmənin paytaxtını bombaladı

Səudiyyə Yəmənin paytaxtını bombaladı

 

Səudiyyə Yəmənin paytaxtını bombaladı

Səudiyyə Ərəbistanının Yəmən hücumları davam edir. 
ANS PRESS-in məlumatına görə, Səudiyyə Ərəbistanının başçılıq etdiyi koalisiyaya aid hərbi təyyarələr Yəmənin paytaxtı Sənada yerləşən silahlı düşərgələrdən birini bombalayıb. 
Yerli nümayəndələrin və hadisə şahidlərinin sözlərinə görə, hadisə zamanı ən az 36 nəfər dünyasını dəyişib. 
Silah anbarının vurulması nəticəsində 100-dən çox adam yaralanıb. Bombalanan düşərgədəki silahlıların husilərlə müttəfiq olduğu bildirilir. 
Koalisiya qüvvələrinin bu hücumlarla husilərin hərbi potensialllarını yox etməyə çalışdığı vurğulanır. 
Qeyd edək ki, Səudiyyə Ərəbistanı və onun Fars körfəzi ölkələri arasında müttəfiqləri şiə üsyançı husilərin hücumu davam edən Yəməndə hərbi əməliyyata mart ayında başlayıblar.

 

Mənbə: ANS PRESS

28 may 2015
GO BACK