On səkkiz yaşlı fransız Guillliam Rolland maraqlı zəngli saatın istehsalına hazırlaşır.
ANS PRESS-in məlumatına görə, Rolland "Sensor Wake" ətirli zəngli saatların birinci partiyasının istehsalı üçün vəsait yığımına başlayıb.
Rollandın hazırladığı saat müxtəlif qoxuların köməyi ilə səhər yuxudan oyanmaq barədə xəbərdarlıq edir.
Kartriclərlə işləyən qurğu qəhvədən ABŞ dollarına qədər qoxu vermə qabiliyətinə malikdir.
Hər kartric təxminən iki ay işləmə qabiliyətinə malikdir və təxminən 7,5 dollar dəyərindədir. Zəngli saat özü alıcılara 65 dollara başa gələcək.
Zəngli saatın hazırlanması ilə əlaqədar Rolland ictimai ianə kampaniyasına start verib. Rollandın layihəsi 2014-cü ildə "Google Science Fair" müsabiqəsinin 15 ən maraqlı tələbə ixtirası sırasına daxil edilib.
Mənbə: ANS PRESS