Qadin.NET / Bakı, Aşqabad, Ankaradan mühüm görüş

Bakı, Aşqabad, Ankaradan mühüm görüş

Bakı, Aşqabad, Ankaradan mühüm görüş
İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Küveytdə 27-28 may tarixlərində keçirilən Xarici İşlər Nazirləri Şurasının 42-ci toplantısı çərçivəsində Azərbaycan, Türkmənistan və Türkiyənin xarici işlər nazirləri Elmar Məmmədyarov, Rəşid Meredov və Mövlud Çavuşoğlu arasında üçtərəfli görüş keçirilib.
Azərbaycan XİN-in mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, görüşdə Azərbaycan, Türkmənistan və Türkiyə xarici işlər nazirlərinin üçtərəfli görüşünün regional əməkdaşlığın inkişaf etdirilməsi baxımdan əhəmiyyəti vurğulandı.
2015-ci ilin 29 yanvar tarixində Aşqabadda keçirilmiş üçtərəfli görüşdə əməkdaşlığın siyasi, iqtisadi, enerji, nəqliyyat və humanitar sahələrdə inkişafına dair ətraflı müzakirələrin aparıldığı qeyd olundu.
Üçtərəfli əməkdaşlığın gündəliyində duran aktual məsələlər ətrafında fikir mübadiləsi aparıldı.

Mənbə: ANS PRESS

27 may 2015
GO BACK