Qadin.NET / Moskva "Qanlı Yanvar"a şahidlik edəcək

Moskva "Qanlı Yanvar"a şahidlik edəcək

Moskva "Qanlı Yanvar"a şahidlik edəcək
Sabah Azərbaycan xalqı Respublika gününü bayram edir. 1918-ci il mayın 28-də müstəqilliyini elan etmiş atalarımız böyük bir mücadiləyə başladılar və Azərbaycan respublikasını bizə miras olaraq qoydular. 
Azərbaycanın istiqlalını ikinci dəfə bərpa etməsi də asan başa gəlmədi və xalqımız bu yolda çox şəhidlər verdi. Azərbaycan xalqının ən böyük şəhadət savaşı 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə yaşandı. Təsadüfi deyil ki, məhz həmin gecədə baş verənləri lentə almış rejissor Vahid Mustafa Yevin "Qanlı Yanvar" filmi Respublika Gününü bayram etdiyimiz ərəfədə - bu axşam Rusiya paytaxtı Moskvada nümayiş etdirilir. 
“Qanlı Yanvar”ın məhz Moskvada nümayişi xüsusi əhəmiyyət kəsb edir. 25 il əvvəl keçmiş SSRİ-nin paytaxtı olaraq Moskvanın törətdiyi qırğından bəhs edən ilk bədii filmin necə qarşılanacağı bu mənada çox maraqlıdır.
“Qanlı Yanvar” Rusiyadakı təqdimatı Moskvanın ən böyük kinoteatlarından sayılan “Bakı” kinoteatrında baş tutacaq. Azərbaycanın Rusiyadakı səfirliyi premyeraya moskvalı jurnalistləri, kinoşünasları, yaradıcı intelligensiyanın təmsilçilərini də dəvət edib. Premyerada Moskva ictimaiyyətinin və Azərbaycan diasporasını təmsil edən minə yaxın izləyicinin iştirakı gözlənilir. 
Artıq kinoteatr da nümayişə tam hazırdır. Afişalar asılıb, biletlər bir neçə gün öncədən satılaraq qurtarıb. Mindən çox tamaşaçı səbirsizliklə bu filmin təqdimatını gözləyir.

mənbə: ANS PRESS

27 may 2015
GO BACK