Bu mesajı alan iPhone sahibi yeni məzmunlu SMS almayınca SMS bölməsinə daxil ola bilmir.
Milli.Az 9to5 Mac-a istinadən bildirir ki, iPhone-lardakı iMessage bölməsindəki səhv təsadüfən aşkarlanıb.
Smartfonu sıradan çıxaran mətn ərəb əlifbasının hərflərindən ibarətdir. Bu mətni SMS vasitəsilə alındığı iPhone-da Messages bölməsi "donur", sonra iPhone sönür və yenidən yüklənir.
Daha sonra telefonun sahibi telefonunda Messages bölməsinə daxil olmağa çalışanda iPhone sönüb-yanır.
Hər cəhddə bu proses təkrarlanır.
Telefonu dövrü sönüb-yanmadan qurtarmaq üçün Messages vasitəsilə istifadəçi özünə SMS yollamalıdır. Bunu iPad və ya MacBook vasitəsilə etmək olar.
Mənbə: Milli.Az