Qadin.NET / Azərbaycan Ginnesin rekordlar kitabına düşə bilər

Azərbaycan Ginnesin rekordlar kitabına düşə bilər

 

 

Gəncədə I Avropa Oyunları ilə bağlı möhtəşəm fləşmob təşkil olunub. ANS TV-nin məlumatına görə, bu fləşmob “Ginnes"in rekordlar kitabına düşə bilər. 
Gənclər şəhərin Heydər Əliyev adına əsas meydanına toplaşaraq, bu idman bayramının sevincini özünəməxsus şəkildə yaşayıblar.
6000 gəncin iştirakı ilə keçirilən bu aksiyada I Avropa Oyunlarının simvolu canlandırılıb. 
“Bakı-2015”in simvolunu yaradan gənclər bununla həm də I Avropa Oyunları ətrafında birləşdiklərini nümayiş etdiriblər. Aksiya eyni zamanda “Ginnesin dünya rekordları” komissiyasi tərəfindən izlənilib.
Qeyd edək ki, I Avropa Oyunları iyun ayının 12-də başlayıb, 28-nə kimi davam edəcək.

 

Mənbə: ANS PRESS

27 may 2015
GO BACK