Qadin.NET / Bayram günü hava necə olacaq?

Bayram günü hava necə olacaq?

 

 

Mayın 27-də Abşeron yarımadasında meteoroloji amillərin normal sutkalıq gedişi meteohəssas insanlar üçün əlverişli olsa da, mayın 28-də atmosfer təzyiqinin bir qədər enməsi fonunda gündüz arabir güclənən gilavar küləyi bəzi meteohəssas insanlarda narahatlıq hissi yaradacaq.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən ANS PRESS-ə verilən məlumata görə, mayın 28-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Cənub küləyi əsəcək.
Bakıda və Abşeron yarımadasında havanın temperaturu gecə 17-21°, gündüz 27-32° isti olacaq.
Mayın 28-də Azərbaycanın rayonlarında əsasən səhər və axşam bəzi yerlərdə şimşək çaxacaq, yağış yağacaq. Şərq küləyi əsəcək.
Aran rayonlarda havanın temperaturu gecə 16-21°, gündüz 30-35°, dağlarda gecə 10-15°, gündüz 19-24° isti olacaq.

 

Mənbə: ANS PRESS

27 may 2015
GO BACK