Qadin.NET / FİFA-da korrupsiya qalmaqalı

FİFA-da korrupsiya qalmaqalı

 

 

İsveçrədə Beynəlxalq Futbol Federasiyasının (FİFA) bir sıra rəhbər şəxsləri bu gün səhər saatlarında polis tərəfindən saxlanılıb.
ANS PRESS-in məlumatına görə, FİFA İcraiyyə Komitəsinin iki vitse-prezidenti – Ceffri Uebb və Euhenio Figeredo, eləcə də İK üzvü Cek Uorner Sürix şəhərində qaldıqları oteldə polis tərəfindən nəzarətə götürülüblər. Onlar FİFA-nın illik toplantısında iştirak etmək üçün İsveçrəyə gəliblər. Mayın 29-da keçiriləcək toplantıda indiki prezident Yozef Blatterin növbəti dəfə prezident seçiləcəyi gözlənilir.
Türkiyə mətbuatı yazır ki, ümumilikdə FİFA-nın 10 məmurunun həbsinə sanksiya verilib. Bu şəxslər bəzi ölkələrə dünya çempionatlarının ev sahibliyi hüququnun verilməsi, marketinq və yayım anlaşmaları zamanı korrupsiyaya yol verməkdə ittiham edilir. İttihamlar arasında reketlik, çirkli pulların yuyulması, dələduzluq da var.
Xatırladaq ki, FİFA rəhbərliyinin 2018-ci və 2020-ci il il dünya çempionatlarının ev sahibliyi hüququnu müvafiq olaraq Rusiya və Qətərə verərkən külli miqdarda rüşvət aldığı barədə Avropa mediasında dəfələrlə müxtəlif iddialar səsləndirilib.

 

Mənbə: ANS PRESS

27 may 2015
GO BACK