Qadin.NET / Şuşada saxlanılan azərbaycanlı girovlardan xəbər var

Şuşada saxlanılan azərbaycanlı girovlardan xəbər var

Şuşada saxlanılan azərbaycanlı girovlardan xəbər var
Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) nümayəndələri Xankəndidə qanunsuz olaraq mühakimə edilən kəlbəcərli girovlar Dilqəm Əsgərov və Şahbaz Quliyevə baş çəkib.
Bu barədə məlumatı ANS PRESS-ə BQXK-nın Azərbaycan nümayəndəliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynova verib. Görüşün mayın 25-də keçirildiyi bildirilib. "BQXK-nın nümayəndələri Dağlıq Qarabağda saxlanılan azərbaycanlılara ailə məlumatlarını çatdırıb, onlardan da ailələri üçün məlumat alınıb. Komitə girovların saxlanma şəraitini monitorinq etmək üçün mandatına uyğun olaraq baş çəkmələri davam etdirəcək", - deyə İlahə Hüseynova əlavə edib.
Xatırladaq ki, Dilqəm Əsgərov, Şahbaz Quliyev və Həsən Həsənov ötən ilin iyul ayında Kəlbəcərdə ermənilər tərəfindən girov götürülüblər. Onlar Azərbaycanın işğal altında olan Kəlbəcər rayonuna yaxınlarının məzarlarını ziyarət etmək üçün keçmişdilər. Ermənilər H.Həsənovu qətlə yetiriblər, digərlərinin üzərində isə ötən ilin son aylarında qondarma məhkəmə qurulub. D.Əsgərov oyuncaq məhkəmənin qərarı ilə ömürlük, Şahbaz Quliyev isə 25 il azadlıqdan məhrum edilib.

Mənbə: ANS PRESS

27 may 2015
GO BACK