Qadin.NET / Bakıda möhtəşəm atəşfəşanlıq olacaq

Bakıda möhtəşəm atəşfəşanlıq olacaq

Bakıda möhtəşəm atəşfəşanlıq olacaq
Sabah, 28 May – Respublika Günü münasibətilə Bakıda bayram şənlikləri keçiriləcək.Bu barədə Bakı şəhər İcra Hakimiyyəti ANS PRESS-ə məlumat verib.
Verilən məlumata görə, sabah müstəqillik günü paytaxtda mükəmməl şəkildə qeyd ediləcək.
"Bakı Şəhər İcra Hakimiyyəti Sizi 28 May – Respublika Günü münasibəti ilə təbrik edir, keçiriləcək bayram konsertinə və möhtəşəm atəşfəşanlığı seyr etməyə dəvət edir", - deyə Bakı meriyası sakinlərə müraciət edib.
Qeyd edək ki, sabah 28-də Milli Parkın ərazisində Saat Qülləsinin yanında incəsənət ustalarının iştirakı ilə təşkil olunan konsert saat 21.00-da başlayacaq və saat 23.00-da möhtəşəm atəşfəşanlıq olacaq.

Mənbə: ANS PRESS

27 may 2015
GO BACK