2014-2015-ci tədris ilində respublikanın ümumtəhsil məktəblərinin 9-cu siniflərini 111 min 839, XI siniflərini 90 min 557, qiyabi və axşam məktəblərinin 12-ci siniflərini isə 820 nəfər şagird bitirəcək.
Bunu Təhsil Nazirliyinin İnformasiya şöbəsi ANS PRESS-in sorğusuna cavab olaraq bildirib. Onlardan 47 min 425 şagird Bakının payına düşür. Belə ki, paytaxtda 26 min 924 nəfər 9-cu, 20 min 501 nəfəri isə 11-ci sinfin məzunlarıdırlar.
Bundan başqa, qeyd edək ki, gələn il birinci sinfə getmək üçün 41 min 7 uşaq qeydiyyatdan keçib. 33 min 310 nəfər isə bu il birinci sinfi bitirib.
Xatırladaq ki, bu ildən etibarən birinci sinif şagirdlərinin qəbulu elektron sistemlə həyata keçirilir. Elektron sənəd qəbulu sistemindən istifadə üçün valideynlərdən heç bir ödəniş tələb olunmur. Ərizə ilə qeydiyyat sentyabrın 15-dək elektron yolla aparılacaq.
Mənbə: ANS PRESS