Qadin.NET / Putin: Azərbaycanın dünya arenasında nüfuzu artır

Putin: Azərbaycanın dünya arenasında nüfuzu artır

Putin: Azərbaycanın dünya arenasında nüfuzu artır
"Sizin ölkəniz sosial-iqtisadi, elmi-texniki və mədəni inkişaf yolu ilə inamla irəliləyir. Azərbaycanın dünya arenasında nüfuzu artır".
ANS PRESS-in məlumatına görə, bunu Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Azərbaycanın dövlət başçısı İlham Əliyevə Milli bayram – Respublika Günü münasibətilə ünvanladığı təbrikində deyib. 
Təbrikdə deyilir: "Möhkəm dostluq, mehriban qonşuluq və qarşılıqlı hörmət ənənələrinə əsaslanan Rusiya-Azərbaycan münasibətlərinin yüksək səviyyəsini məmnuniyyətlə qeyd edirəm. Əminəm ki, biz konstruktiv siyasi dialoqun genişlənməsini, bütün istiqamətlərdə səmərəli əməkdaşlığın güclənməsini bundan sonra da birgə səylərimizlə təmin edəcəyik. Bu, ölkələrimizin əsaslı maraqlarına cavab verir, beynəlxalq sabitliyin və təhlükəsizliyin möhkəmlənməsi məcrasında inkişaf edir.
İlham Heydər oğlu, Sizə möhkəm cansağlığı, xoşbəxtlik və uğurlar, bütün həmvətənlərinizə sülh və firavanlıq arzu edirəm".

Mənbə: ANS PRESS

27 may 2015
GO BACK