Qadin.NET / Bu uşaq 24 barmaqla doğuldu

Bu uşaq 24 barmaqla doğuldu

Bu uşaq 24 barmaqla doğuldu
Bu körpə 24 barmaqla doğulub. ANS PRESS-in məlumatına görə, 24 yaşlı ingilis Reyçl Hendrinin hamiləliyi normal keçib. Dəfələrlə həkim müayinəsində olan qadına heç bir problem olmadığı, körpəsinin sağlam doğulacağı deyilib. 
Lakobun doğuluşuna ailə sevinsə də qısa zamandan sonra onlar bir-birinin ardınca ortaya çıxan problemlərdən narahat olmağa başlayıblar. Belə ki, uşağın 12 əl və 12 ayaq barmağı, görmə qabiliyyətində problemlər, eləcə də ürəyində dəlik var idi. 
İndi həkimlər bu problemlərin səbəblərini, hamiləlikdə nə üçün üzə çıxmadığını bilirlər. Ana isə övladını çox sevdiyini, lakin onu şəkildə əsla məktəbə göndərməyəcəyini deyib. 
"Çünki uşaqlar çox qəddar ola bilər. Onun psixologiyasının pozulmağını istəmirəm". 
İndi həkimlər uşağın ürəyindəki dəliyin zamanla qapanacağını, artıq barmaqların isə 12-ci ayından sonra kəsilə biləcəyini deyirlər. 

Mənbə: ANS PRESS

27 may 2015
GO BACK