ANS PRESS-in məlumatına görə, Ermənistan Milli Olimpiya Komitəsinin prezidenti Qaqik Sarukyan Bakıya ümidsiz gələn idmançıları ruhlandırmaq üçün onlara pul mükafatları veriləcəyini bildirib.
Komitə rəhbəri oyunlarda qızıl medal əldə edən idmançılara 50 min, gümüş medal mükafatçılarına 30 min dollar ödəyəcək. Bürünc medal mükafatçıları isə 20 min dollar həcmində mükafatlandırılacaq.
Maraqlıdır, büdcəsini xarici qrantlar hesabına dolduran İrəvan bu vəsaiti necə ödəyəcək? Görünür Ermənistan tərəfi Bakıda keçiriləcək beynəlxalq səviyyəli yarışmada aşağı nəticə toplayaraq biabır olmaqdan çəkinir. Məhz buna görə İrəvan hakimiyyəti idmançılara yalan vədlər verərək onlarda stimul yaratmağa çalışır.
Qeyd edək ki, ölkəmizdə keçiriləcək Bakı 2015 I Avropa Oyunlarında Ermənistanı 6 idman növü üzrə 25 idmançı təmsil edəcək.
Mənbə: ANS PRESS