Qadin.NET / FİFA prezidenti Rövnəq Abdullayevə məktub göndərdi

FİFA prezidenti Rövnəq Abdullayevə məktub göndərdi

 

 

FIFA prezidenti Yozef Blatter Azərbaycan Premyer Liqasının qalibini təbrik edib. 
ANS PRESS-in məlumatına görə, o, AFFA-nın prezidenti Rövnəq Abdullayevə məktub ünvanlayıb.
Həmin məktubda FIFA prezidenti dünya futbol ailəsi adından "Qarabağ" (Ağdam) klubunu Azərbaycan Premyer Liqasının 2014/15 mövsümünün qalibi olması, gözəl oyunu ilə azarkeşlərinə böyük sevinc yaşatması münasibətilə təbrik edib, daha böyük uğurlar arzulayıb.

 

Mənbə: ANS PRESS

26 may 2015
GO BACK