Qadin.NET / 20 mindən çox şagird üçün son zəng çalınacaq

20 mindən çox şagird üçün son zəng çalınacaq

 

 

Bu il ümumilikdə 47 min 425 şagird buraxılış sinfini bitirir. Onlardan 26 min 924 nəfəri 9-cu sinfin, 20 min 501 nəfəri isə 11-ci sinfin məzunlarıdır.
Bunu Təhsil Nazirliyinin Bakı Şəhəri üzrə Təhsil İdarəsi ANS PRESS-in sorğusuna cavab olaraq bildirib. Bundan başqa, qeyd edilib ki, hazırda gələn il birinci sinfə getmək üçün 41 min 7 uşaq qeydiyyatdan keçib. 33 min 310 nəfər isə bu il birinci sinfi bitirib.
Xatırladaq ki, bu ildən etibarən birinci sinif şagirdlərinin qəbulu elektron sistemlə həyata keçirilir. 
Elektron sənəd qəbulu sistemindən istifadə üçün valideynlərdən heç bir ödəniş tələb olunmur. Ərizə ilə qeydiyyat sentyabrın 15-dək elektron yolla aparılacaq.

 

Mənbə: ANS PRESS

26 may 2015
GO BACK