Meksikada güclü tornado baş verib. ANS PRESS-in məlumatına görə, gücülü fırtına nəticəsində bir neçə dəqiqə ərzində 13 insan ölüb.
Təbii fəlakət ölkənin sərhəd rayonu olan Syudad-Akunya şəhərində baş verib.
Yüzlərlə evə ziyan dəyib, küçələri su basıb, ağaclar yola aşıb.
Hadisə şahidlərinin sözlərinə görə, fırtına nəticəsində onlarla maşın evlərin divarına çırpılıb, aşıb. Ümumilkdə 50-dən çox avtomobil yararsız vəziyyətə düşüb.
Koayli ştatıanda baş vermiş təbii fəlakətlə bağlı operativ qərargah yaradılıb.
Tornado təhlükəsizlik dərəcəsinə görə dördüncü kateqoriyaya aid edilib. Müddəti isə cəmi bir neçə saniyə olub.
Mənbə: ANS PRESS