Qadin.NET / Sabah 32В° isti olacaq

Sabah 32В° isti olacaq

Sabah 32В° isti olacaq
Mayın 27-də Abşeron yarımadasında meteoroloji amillərin normal sutkalıq gedişi meteohəssas insanlar üçün əlverişli olsa da, mayın 28-də atmosfer təzyiqinin bir qədər enməsi fonunda gündüz arabir güclənən gilavar küləyi bəzi meteohəssas insanlarda narahatlıq hissi yaradacaq.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən ANS PRESS-ə verilən məlumata görə, mayın 27-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə zəif duman olacaq, cənbu küləyi əsəcək.
Bakıda və Abşeron yarımadasında havanın temperaturu gecə 14-18°, gündüz 25-30° isti olacaq.
Mayın 27-də Azərbaycanın rayonlarında da havanın əsasən axşam və gecə bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Şərq küləyi əsəcək.
Aran rayonlarda havanın temperaturu gecə 15-20°, gündüz 27-32°, dağlarda gecə 7-12°, gündüz 18-23° isti olacaq.

Mənbə: ANS PRESS

26 may 2015
GO BACK