Qadin.NET / Azərbaycanlı generala həsr edilmiş film göstəriləcək

Azərbaycanlı generala həsr edilmiş film göstəriləcək

Azərbaycanlı generala həsr edilmiş film göstəriləcək
Bu gün Nizami Kino Mərkəzində “Yüksəliş” adlı tammetrajlı sənədli filminin təqdimatı keçiriləcək.
ANS PRESS-in məlumatına görə, film tanınmış rejissor, xalq artisti Vasif Babayevin “Salnamə” studiyasında Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə çəkilib.
Film görkəmli alim-konstruktor, uzun illər SSRİ Kosmik Uçuşlar üzrə Dövlət Komissiyasına sədrlik etmiş general-leytenant Kərim Kərimovun xatirəsinə həsr olunub.
Filmin ideya müəllifi akademik Arif Paşayev, layihə rəhbərləri - akademiklər Arif Paşayev və Arif Mehdiyev, ssenari müəllifi Vasif Babayev, operatorları Valeri Pankratov, Nadir Zeynalov, Elçin Abdullayev, Aleksey Malışev, Sahib Səfərovdur.
Ekran əsərində 1970-1980-ci illərin xronikasını operatorlar Muxtar Məmmədov, Gennadi Pastuşkov, Zahid Nəzərov, Rafiq Cavadov, Rüstəm Zülalov canlandırıblar.
Filmin redaktoru Yusif Şeyxov, icraçı prodüseri Azad Axundov, prodüserləri Vasif Babayev və Nazim Hüseynovdur.

Mənbə: ANS PRESS

26 may 2015
GO BACK