"Bakıda Mstislav Rostropoviç festivalı" adlı reportajda Qaydna, Vivaldi, Leonkavallo, Çaykovskinin əsərlərinin Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri, o cümlədən Rikkardo Mutinin idarəçiliyi ilə Luici Kerubini Gənclər Simfonik Orkestri, konsertin bədii rəhbəri və baş dirijoru Rikkardo Mutinin ifasında səsləndiyi qeyd olunur.
Reportajda festivalın bədii rəhbəri Olqa Rostropoviçin atası haqqında verdiyi geniş məlumatlar da yer alıb.
Bununla yanaşı, reportajda məhşur skripkaçı Arsenin Çubaninin və saksafon ustası İqor Butmanın Rostropoviç və festival haqqında fikirləri də geniş yer almışdır.
Mənbə: ANS PRESS